İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib | |
Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşması keçirilib. “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib. Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0. Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər. Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cu yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var. Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaqlar. |
|
Xəbər 324 dəfə oxundu. |
|
|