Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev CEV kuboku yarışlarına təyinat alıb
Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb.

O, turnirin təsnifat mərhələsinin birinci oyunları çərçivəsində Rusiya klubları - “Proton” və “Uraloçka” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi belaruslu Sergey Vaitsiaxoviç olacaq.

Görüş noyabrın 17-də Rusiyanın Saratov şəhərində keçiriləcək.

Komandalar arasında cavab oyunu noyabrın 23-də Yekaterinburqda (Rusiya) təşkil olunacaq.

Xəbər 333 dəfə oxundu.