Fudokan üzrə Avropa çempionatında Azərbaycanı 4 idmançı təmsil edəcək
Sabah Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı start götürəcək.

Ölkəmizi qitə çempionatında Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov və Elməddin Səlimli təmsil edəcəklər.

Otuzdan çox ölkənin iştirak etdiyi qitə çempionatı oktyabrın 6-da başa çatacaq.

Xəbər 310 dəfə oxundu.