Plovdivdə açıq çempionatda şahmatçılarımız liderlər qrupunda mübarizə aparırlar | |
Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat davam edir. Azərbaycan şahmatçıları Vüqar Əsədli, Məhəmməd Muradlı və Nail Bəşirli 6 turdan sonra 4,5 xalla 3-8-ci yerləri bölüşürlər. Digər şahmatçımız Gövhər Beydullayeva 2,5 xalla 35-ci sıradadır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. |
|
Xəbər 341 dəfə oxundu. |
|
|