Azərbaycan Voleybol Federasiyasının baş katibi dünya çempionatının püşkatma mərasimində iştirak edəcək
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov 2022-ci ildə kişi voleybolçular arasında keçiriləcək dünya çempionatının püşkatma mərasimində iştirak edəcək.

Sentyabrın 30-da Moskvada, İrina Viner–Usmanova adına Gimnastika sarayında təşkil ediləcək tədbirdə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça, CEV İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak edəcəklər.

İyirmi dörd komandanın mübarizə aparacağı çempionatın püşkatma mərasimində qruplar Rusiyanın əfsanəvi voleybolçuları Lyubov Sokolova və Taras Xteyin köməyi ilə müəyyən olunacaq.

Qeyd edək ki, dünya çempionatına Rusiya ev sahibliyi edəcək.

Xəbər 337 dəfə oxundu.