Yeddi voleybolçumuz yeni mövsümdə ölkə xaricində çıxış edəcək
Azərbaycan Voleybol Federasiyası yeni mövsümdə ölkə xaricində çıxış edəcək oyunçuların adlarını açıqlayıb.

Azsport.az federasiyaya istinadla xəbər verir ki, qadın voleybolçularımızdan Alena Xarçenko "Bolu Belediyye Spor" (Türkiyə), Yana Kulan "Toray Errouz" (Yaponiya), Kristina Besman "Tulitsa" (Rusiya), Odina Əliyeva "Voley Bauru" (Braziliya), Ayşən Abduləzimova "Vaşaş" (Macarıstan) və Anastasiya Qurbanova "Jetısu" (Qazaxıstan) klublarının formasını geyinəcəklər.
Kişi voleybolçulardan ibarət yığmamızın üzvü Dmitriy Baranov isə Monteneqronun "Budva" komandasının şərəfini qoruyacaq.

Xəbər 354 dəfə oxundu.