Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək
Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.

Sentyabrın 29-da Respublika stadionunun süni örtüklü meydançasında təşkil olunacaq oyunda futbol veteranları AİJF-nin yığma komandası ilə üz-üzə gələcəklər.

Matç saat 19:00-da start götürəcək.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Xəbər 387 dəfə oxundu.