Karateçilərimiz mövsümün son liqa turnirində iştirak edəcəklər
Azərbaycan milli komandasının üzvləri Moskvada keçiriləcək Karate1 Premyer Liqasının son mərhələsində iştirak edəcəklər.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim, 22 idmançı və kata komandası yer alıb. Belə ki, kumite yarışlarına Əminağa Quliyev, Hüseyn Məmmədli və Sultan Hüseynov (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev və Tale Yaqubov (67 kq), Rafael Ağayev və Fərid Ağayev (75 kq), Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq) qatılacaqlar.

Qadınların yarışında isə Nuranə Əliyeva və Fidan Teymurova (50 kq), İlahə Qasımova və Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcəklər.

Kata üzrə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq.

Beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev dərəcə imtahanı verəcəklər. Bu gün Rusiyaya yola düşəcək karateçilər oktyabrın 4-də Bakıya dönəcəklər.

Turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək.

Xəbər 784 dəfə oxundu.