Dünyanın 1 nömrəli qadın raketka ustası “İndian-Uells” turnirinə qatılmayacaq
Oktyabrın 6-17-də ABŞ-da kişi və qadın tennisçilər arasında reytinq xarakterli “İndian-Uells” turniri keçiriləcək.

Dünyanın bir nömrəli qadın tennisçisi avstraliyalı Eşli Barti turnirə qatılmayacaq. Bartinin turnirə qatılmamasının səbəbi bəlli olmasa da, onu slovakiyalı Polona Qertsoqun əvəz edəcəyi məlumdur.

Xatırladaq ki, E.Barti WTA-nın (Qadın Tennisçilər Assosiasiyası) reytinq cədvəlinə liderlik edir.

Xəbər 525 dəfə oxundu.