Azərbaycan Voleybol Federasiyasının baş katibi Avropa voleybol qalasında iştirak edib
Sloveniyanın paytaxtı Lyublyanada Avropa voleybol qalası təşkil olunub.

Tədbirdə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov iştirak edib.

Qalada 2022-ci ildə qadın və kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində qruplar isveçrəli voleybol ulduzu Coana Haydrix və italiyalı Paola Eqonunun köməyi ilə müəyyən olunub.

Xəbər 579 dəfə oxundu.