“Omoniya”nın daha bir futbolçusu “Qarabağ” ilə oyunu buraxacaq
Kiprin “Omoniya” komandasının daha bir futbolçusu “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə oyunu buraxacağı dəqiqləşib.

İyirmi beş yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun “Qarabağ”la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 305 dəfə oxundu.