Məşhur basketbolçu Demarkus Kazins sabiq komandasına qayıdır
Ötən mövsümü “Los-Anceles Klippers”in heyətində keçirən Demarkus Kazins azad agent statusu əldə edib.

Amerika mətbuatı təcrübəli basketbolçunun yenidən “Sakramento Kinqz”ə qayıtmaq üzrə olduğunu yazıb.

Xatırladaq ki, Kazins MBA karyerasının ilk 7 ilini məhz Sakramento klubunda oynayıb. Daha sonra o, “Nyu Orlean Pelikans”, “Qolden Steyt Uorriors” və “Hyuston Rokets”də çıxış edib.

Xəbər 463 dəfə oxundu.