Azərbaycanın daha bir futbolçusu karyerasını Polşada davam etdirəcək | |
Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək. 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubu ilə müqavilə imzalayıb. E.Dəmirov ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. Futbolçu Azərbaycanın U-17, U-18 və U-21 yığmalarının formasını geyinib. O “Qəbələ” və “Sumqayıt” klublarının şərəfini qoruyub. “JKS Yaroslav” Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk “Visla”, Mahir Emreli isə “Legiya”da çıxış edir. Bundan əlavə, Fuad Bayramov İkinci liqada “Ostroveç-Şventokşiski”nin uğurları üçün çalışır. |
|
Xəbər 304 dəfə oxundu. |
|
|