Komandalararası dünya çempionatında mübarizə aparacaq qadın şahmatçılarımız müəyyənləşib
İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında keçiriləcək komanda dünya çempionatında mübarizə aparacaq yığmaların heyətləri açıqlanıb.

Azsort.az Beynəlxalq Şahmat Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycan komandasının heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.

Dünya çempionatında komandamızdan başqa Fransa, Hindistan, Rusiya, Gürcüstan, Qazaxıstan, İspaniya, ABŞ, Almaniya, Polşa, Ukrayna və Ermənistan komandaları da iştirak edəcəklər.

Xəbər 309 dəfə oxundu.