Azərbaycan beynəlxalq reytinq cədvəlində AFC ASED təşkilatı ilə təmsil olunub | |
Məşhur “MMA Oracle” portalı müxtəlif ölkələrdə təşkil olunan MMA liqalarının təşkilatçılarının reytinq cədvəlini açıqlayıb. Reytinq cədvəlində Azərbaycan bir təşkilatla təmsil olunub. Ased Fighting Championshıp (AFC ASED) cədvəldə 1391 xalla 38-ci pillədə qərarlaşıb. 2018-ci ildən fəaliyyətə başlayan AFC-nin təşkilatçılığı ilə baş tutan 7 kontender və 12 peşəkar yarış hələ reytinq cədvəlinə əlavə olunmayıb. Reytinq cədvəlinə 45304 xalla UFC başçılıq edir. Portal, həmçinin ölkələrin də reytinq siyahısını açıqlayıb. AFC-nin uğurlu fəaliyyəti ölkəmizin 36-cı pilləyə yüksəlməsinə imkan yaradıb. Aktivində 2534 xal olan Azərbaycan reytinq cədvəlində Gürcüstan, Ermənistan, İran, Portuqaliya, İsrail, Sloveniya və digər ölkələri qabaqlayıb. Azərbaycan Avropa ölkələri arasında 21-ci pillədə yer alıb. Hesabında 239 min 269 xal olan ABŞ ölkələrin reytinq cədvəlində birincidir. |
|
Xəbər 333 dəfə oxundu. |
|
|