Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilir
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Turun oyunları iki gün ərzində keçiriləcək.
Turun saat 18:00-da başlayacaq birinci görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Üçüncü turun birinci gününə saat 20:15-də oynanılacaq “Keşlə” – “Zirə” matçı ilə yekun vurulacaq. Qarşılaşma “ASCO Arena”da keçiriləcək.

Turun sentyabrı 12-də keçiriləcək digər oyunlarında “Səbail” klubu “Sumqayıtı”, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.
Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Xəbər 341 dəfə oxundu.