Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” yarışı başlayıb
Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.

Turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar. 32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.

Üç gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq. Qeyd edək ki, yarış qaliblərinin mükafatlandırılma mərasimi sentyabrın 12-də keçiriləcək.

Xəbər 478 dəfə oxundu.