Azərbaycanın cüdo üzrə milli komandası birinci MDB Oyunlarında gümüş medal qazanıb
Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.

Komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, birinci MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.

Xəbər 465 dəfə oxundu.