Yeniyetmə karateçilərimiz Dünya Məktəblilərinin İdman Oyunlarında iştirak edəcəklər | |
Sentyabrın 11-19-da Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçiriləcək. Yarışda ölkəmizi Təhsil Respublika İdman Mərkəzinin karate üzrə 8 idmançıdan ibarət seçmə komandası təmsil edəcək. Baş məşqçi Əbülfət Qarayev məsul yarışda 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (52 kq), Cavidan Cəlilzadə (57 kq), Rəşid Süleymanov (63 kq), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq), Sunay Kazımova (54 kq), Məryəm Qurbanova (+54 kq) və Ramilə Heydərlinin (kata) çıxış etməsinə üstünlük verib. Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov Dünya Məktəblilərinin İdman Oyunlarında ədaləti qoruyacaq. |
|
Xəbər 325 dəfə oxundu. |
|
|