MDB Oyunları: Azərbaycanın U-19 futzal komandası Moldova yığması ilə qarşılaşacaq
Birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün turnirdə sonuncu oyununu keçirəcək.

Beşinci yer uğrunda qarşılaşmada komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan komandası “Kazan-2021”də 46 medal qazanıb. Onlardan 13-ü qızıl, 10-ü gümüş və 23-ü bürüncdür.

Xəbər 426 dəfə oxundu.