“Champions Showdown: Chess9LX”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri ilə qarşılaşacaq
Sentyabrın 9-da Sent-Luisdə (ABŞ) “Champions Showdown: Chess9LX” turnirinin növbəti 3 turunun oyunları keçiriləcək.

“Fişer şahmatı” üzrə təşkil olunan yarışın növbəti turlarında təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri Uesli So, Leynyer Dominqes Peres və Sem Şenklendlə qarşılaşacaq.

Qeyd edək ki, ilk 3 turdan sonra liderdən yarım xal geri qalan Ş.Məmmədyarov 2 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir.


Xəbər 763 dəfə oxundu.