Gənclər və idman naziri: Biz idman mütəxəssisləri ilə birlikdə yeni strategiya müəyyənləşdirəcəyik
Biz idman federasiyaları, idman mütəxəssisləri ilə birlikdə yeni strategiya istiqamətində çalışacağıq. Azərbaycan idmanının yeni strategiyası, istiqamətləri müəyyənləşdiriləcək.

Bu barədə gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 8-də jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, peşəkar idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir. Gələcəkdə uşaq və gənclərin idmanla daha fəal məşğul olması üçün planlarımız var. Növbəti üç, beş, on ildən sonra Azərbaycanda idman sahəsini necə görürük. Bu layihələr və planlar hazır olduqda ictimaiyyətə məlumat veriləcək.

Xəbər 604 dəfə oxundu.