Qızlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək.

Turnir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdləri, məzunları, eyni zamanda, ailələrdən olan qızlar arasında “Unified Sports” proqramına uyğun keçiriləcək.

Yarışda 120-yə yaxın atlet iştirak edəcək. Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 766 dəfə oxundu.