Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif edilsinlər: “Şöhrət” ordeni ilə Rəhimov İlqar Elxan oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Kamal Cabir oğlu İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 sentyabr 2021-ci il |
|
Xəbər 480 dəfə oxundu. |
|
|