Birinci MDB Oyunlarında 8 badmintonçumuz mübarizə aparacaq
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarında sentyabrın 7-də badmintonçular mübarizəyə qoşulacaqlar.

Azərbaycan komandası turnirdə 8 badmintonçu ilə təmsil olunacaq. Belə ki, Aqil Qəbilov, Rəvan Niftəliyev, Məhəmməd Xədafi, Diki Pangestu, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva və Era Maftuha 5 kateqoriya üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Badminton yarışları sentyabrın 7-11-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər 433 dəfə oxundu.