Azərbaycan voleybolçusu karyerasını Qazaxıstanda davam etdirəcək
Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni klubu müəyyənləşib.

Voleybolçumuz karyerasını Qazaxıstanda davam etdirəcək.

Otuz iki yaşlı hücumçu “Jetısu” ilə müqavilə imzalayıb. A.Qurbanova bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, voleybolçu karyerası ərzində “Azərreyl” (Azərbaycan), “Proton” (Rusiya), “Venel” (Fransa), “Karfaj” (Tunis) və “Adam” (Türkiyə) klublarının formasını geyinib.

Xəbər 363 dəfə oxundu.