“Tokio-2020”: Daha 12 nəfər koronavirusa yoluxub
Tokioda keçirilən Paralimpiya Oyunlarında daha 12 nəfərdə koronavirus testi müsbət çıxıb.

Bu barədə “Tokio-2020” Təşkilat Komitəsinin hesabatında məlumat verilib.

Məlumatda bildirilib ki, infeksiya aşkarlanan şəxslərin heç biri idmançı deyil.

Tokio Yay Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Xəbər 425 dəfə oxundu.