Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb
Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.

200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.

"Report"


Xəbər 472 dəfə oxundu.