“Qəbələ” klubu iordaniyalı futbolçu ilə müqavilə imzalayıb
“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Qəbələ təmsilçisi iordaniyalı futbolçu Omar Hani ilə anlaşıb. İyirmi iki yaşlı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu “Əl-Faysali” olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”unda da çıxış edib.
İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.

Xəbər 328 dəfə oxundu.