Oğlanlar arasında voleybol üzrə seçmə yarış keçiriləcək
Sentyabrın 1-də Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında voleybol üzrə seçmə yarış keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq yarışda 19 komanda iştirak edəcək.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan idmançılar arasında xüsusi Olimpiya proqramına uyğun keçiriləcək. Yarış 2022-ci ilin beynəlxalq turnirlərinə seçmə xarakteri daşıyır.

Xəbər 366 dəfə oxundu.