Azərbaycan idmançıları citkundo üzrə dünya çempionatında mübarizə aparırlar
Avqustun 31-də Türkiyənin Adana şəhərində citkundo üzrə dünya çempionatına start verilib.

Yarışa Azərbaycandan 9 idmançı qatılıb. Yeniyetmələr arasında Amin Əlili (52 kq), Zaur Quluzadə (56 kq), gənclərin yarışında Pərviz Abıyev (48 kq), Amal Məmmədov (52 kq), böyüklərin mübarizəsində isə Fərrux İbrahimov (67 kq), Mehdi Salmanov (75 kq), Rasim Kərimov (80 kq), Elvin Qurbanov (85 kq), İlqar İbrahimov (90 kq) və Rəşad İsayev (+90 kq) ölkəmizi təmsil edirlər.

Peşəkarlar arasında isə uşu üzrə dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov kəmər uğrunda Türkiyə idmançısı Gökhan Çam ilə döyüşə çıxacaq.

Yığma komandamız yarışda Elçin Eminovun rəhbərliyi altında mübarizə aparır.

Xəbər 324 dəfə oxundu.