FHN-in Avropa çempionu olan əməkdaşı ilə görüş keçirilib
Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Finlandiyanın Tempere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatında qızıl medal qazanan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Nihad Kərimzadə ilə nazirliyin İdman-sağlamlıq klubunda görüş keçirilib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalib idmançını təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, turnirdə 45 ölkədən 1090-dan çox idmançı mübarizə aparıb. Yarışda iştirak etmiş nazirliyin İdman-sağlamlıq klubunun karate komandasının üzvü N.Kərimzadə 70 kiloqramdan yuxarı çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Xatırladaq ki, idmançının ilk məşqçisi Əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Xəbər 340 dəfə oxundu.