Şahmatçılarımız Avropa çempionatının dördüncü turunda mübarizə aparacaqlar
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçiriləcək.

Qitə birinciliyinin dördüncü turunda şahmatçılarımız Nicat Məmmədov Liviu-Dieter Nisipeanu (Almaniya), Rauf Məmmədov Yevgeni Romanov (Rusiya), Nicat Abasov Juraj Druska (Slovakiya), Aydın Süleymanlı Aleksandra Maltsevskaya (Rusiya), Riad Səmədov Qeorqios Papidakis (Yunanıstan) ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, üç turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 322 dəfə oxundu.