Almaniya Superkuboku uğrunda oyun keçirilib | |
Almaniya Superkuboku uğrunda oyun keçirilib. Mükafat uğrunda Dortmund “Borussiya”sı ilə “Bavariya” mübarizə aparıb. Ötən mövsüm dubl edən dortmundlular hər iki yarışda üstələdiyi “Bavariya” ilə bu dəfə bacarmayıb. Tarixində 5-ci Superkuboku qazanan Münhen təmsilçisi erkən qollarla sevinib. Debütünü qolla qeyd edən Mario Mandjukiçin hesabı açmasından sonra Tomas Müller fərqi 2-yə çatdırıb. Çempionun bundan sonra gücü yalnız 1 qola çatıb. "Bavariya" - "Borussiya" D - 2:1 Mandjukiç, 6, Müller, 11 - Levandovski, 75 |
|
Xəbər 1000 dəfə oxundu. |
|
|