Xüsusi olimpiyaçılar arasında atletika üzrə seçmə yarış keçiriləcək
Avqustun 27-də Şağan Olimpiya İdman Kompleksinin stadionunda atletika üzrə seçmə yarış keçiriləcək.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Turnirdə xüsusi, yardımçı məktəb və internatların komandaları ilə yanaşı, Autizm təşkilatları da iştirak edəcəklər.

Yarışlarda xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdləri, məzunları, eyni zamanda, ailələrdən olan idmançılar mübarizə aparacaqlar. Oğlanlar və qızlar arasında təşkil olunacaq yarış xüsusi Olimpiya proqramına uyğun keçiriləcək.

Turnir 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.

Xəbər 400 dəfə oxundu.