UEFA Avropa Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb | |
Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb. Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə qrupların tərkibi müəyyənləşib. A qrupu: “Lion” (Fransa), “Reyncers” (Şotlandiya), “Sparta” (Praqa, Çexiya), “Bröndbü” (Danimarka); B qrupu: “Monako” (Fransa), “PSV” (Eyndhoven, Niderland), “Real Sosyedad” (İspaniya), “Şturm” (Qrats, Avstriya); C qrupu: “Napoli” (İtaliya), “Lester Siti” (İngiltərə), “Spartak” (Moskva, Rusiya), “Legiya” (Varşava, Polşa); D qrupu: “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Frankfurt, Almaniya), “Fənərbağça" (Türkiyə), "Antverpen" (Belçika); E qrupu: "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Marsel" (Fransa), "Qalatasaray" (Türkiyə); F qrupu: "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Lüdoqorets" (Razqrad, Bolqarıstan), "Midtüllan" (Danimarka); G qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Seltik" (Şotlandiya), "Betis" (İspaniya), "Ferentsvaroş" (Macarıstan); H qrupu: "Dinamo" (Zaqreb, Xorvatiya), "Genk" (Belçika), "Vest Hem" (İngiltərə), "Rapid" (Vyana, Avstriya). |
|
Xəbər 610 dəfə oxundu. |
|
|