Jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında “Zəfər kuboku” yarışı keçiriləcək
44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” yarışı keçiriləcək.

Turnir avqustun 31-də kişi və qadın velosipedçilər arasında təşkil ediləcək.

Turnirdə ilk üç yerə sahib olan iştirakçılara diplom və medallar, eyni zamanda, velosiped hədiyyə olunacaq. Mükafatçılara digər hədiyyələr də təqdim ediləcək.

Festival Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, İdman Jurnalistləri Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi, “Azərbaycan Əlil Velosipedçilərə dəstək” İctimai Birliyi və “BrendSport.az” saytının təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 404 dəfə oxundu.