Millimizin sabiq futbolçusu Ruslan Qurbanov karyerasını Belarusda davam etdirəcək | |
Milli komandamızın sabiq futbolçusu Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək. Yarımmüdafiəçi Belarusun “Slaviya-Mozır” komandasının uğurları üçün çalışacaq. Futbolçu yeni klubu ilə altı aylıq müqavilə imzalayıb. “Slaviya-Mozır” 20-ci turdan sonra ölkə çempionatında 14-cü yerdədir. Xatırladaq ki, R.Qurbanovun sonuncu klubu “Zirə” olub. |
|
Xəbər 355 dəfə oxundu. |
|
|