Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində sonuncu oyununu keçirəcək
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.

Komandamız qrupda sonuncu oyununu Fransa yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər.

Yığmamız Belçika, Rusiya, Serbiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub.

Hesabında 12 xal olan Serbiya millisi qrupda birinci pillədə yer alıb. Belçika 8 xalla ikinci, Rusiya isə 7 xalla üçüncüdür. Bosniya və Herseqovina və Fransa komandaları 3 xalla 4-5-ci yerləri bölüşürlər. Aktivində xal olmayan Azərbaycan millisi qrupda sonuncudur.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 346 dəfə oxundu.