Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.

Komandamız qrupda dördüncü oyununu Serbiya yığmasına qarşı keçirib. Görüş Serbiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər.

Yığmamız Belçika, Rusiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub.

Millimiz bu gün qrupda sonuncu görüşünü Fransa yığmasına qarşı keçirəcək.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 373 dəfə oxundu.