Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
Latviyanın Salaspils şəhərində futzal klublarının Avropa Çempionlar liqasının ilkin mərhələsinin "D" qrupunun oyunları çərçivəsində "Araz" ilk iki görüşünü keçirib.
Komanda Cəbəllütariq "Europa"sına 9:2 hesabı ilə qalib gəlib (qollar - Dias Qalyeqo, 4:13-öz qap, Rodriges 5:07, 29:57, 39:11, Şücayi, 8:08, Bağırov, 10:52, Pereyra Qonsalveş duş Santuş, 20:07, 38:58, Atayev, 27:13). İlk turda Finlandiya "Kampuksen Dinamo"su yerli "Raba"nın qapısından 5 cavabsız top keçirib.

İkinci turda iki favorit qismində olan kollektivin mübarizəsində "Araz" hesabda irəli çıxıb daha əmin görünsə belə, yekunda hesabı bərabərlişdirmək üçün kifayət qədər səy göstərməli olub - 4:4 (qollar - Bağırov, 6:21, Rodriges, 7:22, Pereyra Qonsalveş duş Santuş, 15:49, Şücayi, 33:00). Autsayderlikdə qalıb yalnız qrup qalibini bəlli edən detonator rolunda çıxış edəcək iki autsayderin matçında "Raba" "Europa"ya 8:3 hesabı ilə qalib gəlib.

Bu gün keçiriləcək son turda hər iki liderin qalib gələcəyi şübhə doğurmur və bu səbəbdən qalibi topların fərqinin üzə çıxaracağı daha çox ehtimal olunur. Qeyd edək ki, qrup qalibi olmaq növbəti mərhələyə zəmanət yaradır. İlkin mərhələdə 8 qrupun qalibləri və ən yaxşı nəticəyə nail olan ikinci yer sahibi əsas raunda vəsiqə əldə edəcək.

Ümumiyyətlə, İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstanın hər birinin iki komanda ilə təmsil olunacağı yarışda 51 assosiasiyadan 55 klub iştirak edir.

Xəbər 427 dəfə oxundu.