Şahmatçımız Aqzamov memorialında yeddinci yeri tutub
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı başa çatıb.

Yarışın güclü A turnirində iştirak edən şahmatçımız Misrətdin İsgəndərov 6,5 xalla yeddinci yeri tutub.

Digər təmsilçilərimiz Məhəmməd Muradlı və Vüqar Rəsulov 5 xalla müvafiq olaraq 25-ci və 29-cu pillədə qərarlaşıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Xəbər 369 dəfə oxundu.