Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirəcək
Avqustun 21-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirəcək.

Turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir.

Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda ikinci oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edirlər.

Yığmamız ilk oyununda Belçika millisinə 0:3 hesabı ilə məğlub olub.

Millimiz avqustun 22-də Rusiya, iki gün sonra Serbiya, ayın 25-də isə Fransa ilə qarşılaşacaq.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 356 dəfə oxundu.