Oğlanlar arasında basketbol üzrə seçmə yarış keçiriləcək
Avqustun 20-də Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında xüsusi olimpiyaçı oğlanlar arasında basketbol üzrə seçmə yarış keçiriləcək.

Yarışlar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil ediləcək.

Xüsusi Olimpiya proqramına uyğun keçiriləcək yarışda xüsusi internat, tam və inklüziv orta məktəblərdən, eləcə də sosial müəssisələrdən şagirdlər, məzunlar, eyni zamanda, ailələrdən olan idmançılar iştirak edəcəklər.

Yarış 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.


Xəbər 400 dəfə oxundu.