A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
İyulun 20-də Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AFFA-nın dəstəyi, BKFF-nın təşkilatçılığı ilə A.A.Banişevskinin 75 illik yubileyi və BKFF-nın 15 illiyi münasibətilə turnir keçirilib. Şağan Olimpiya İdman Kompleksində əvvəlcə 3-cü yer uğrunda görüşdə “Dirçəliş” “İ.Cavadov” komandasına qalib gəlib.

Final görüşündən öncə, turnir iştirakçıları A.Banişevskinin və T.Bəhramovun məzarını ziyarət edib, əklillər qoyublar.

Sumqayıtda, “Kapitalbank” Arenanın ehtiyat meydançasında “Curat” və “Çinar” komandaları arasında keçirilən final oyunu 8:3 hesabı ilə başa çatıb.

Sonda qalib komandalar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Turnirdə ən veteran futbolçu R.Poladov (42 yaş), ən çox top vuran futbolçu Ş.Əliyev (14 top) seçiliblər.

Xəbər 638 dəfə oxundu.