Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” üçün fəaliyyətə başlayıblar
Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları üçün fəaliyyətə başlayıblar.

Üzvlərinin keçirdiyi ilk iclasda “Tokio-2020” Təşkilat Komitəsinin nümayəndələri də iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə olunub.

Missiya rəhbəri Rauf Mürsəlov nəzərdə tutulan əsas məsələlər haqqında məlumat verib.

Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.


Xəbər 355 dəfə oxundu.