“Mercedes”in pilotu Valtteri Bottas növbəti mövsümdən “Red Bull”da çıxış edə bilər
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandasının pilotu Valtteri Bottas növbəti mövsümdən “Red Bull”da çıxış edə bilər.

Finlandiyalı pilot hazırda Avstriya komandası ilə danışıq aparır.

Bottasın “Mercedes”lə müqaviləsi mövsümün sonunda başa çatır. Yayılan məlumatlara görə, “Mercedes” “Uilyams”da çıxış edən Corc Rassellin xidmətində maraqlıdır.

Bununla yanaşı, Valtterinin “Alfa Romeo”da Kimi Raykkoneni əvəz edə biləcəyi və ya “Uilyams”a keçə biləcəyi haqda şayiələr dolaşır.

Xəbər 341 dəfə oxundu.