Göygöldə basketbol üzrə Respublika “Könüllülər Kuboku” yarışının final mərhələsi keçirilib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən, Göygöl Olimpiya İdman Kompleksində basketbol üzrə Respublika “Könüllülər Kuboku” yarışının final mərhələsi keçirilib.

Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev, Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Göygöl Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları çıxış edərək belə turnirlərin əhəmiyyətindən, ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasından danışıb, iştirakçılara uğurlar arzu ediblər.

Respublikamızın şəhər və rayonlarını təmsil edən 76 komandanın qatıldığı yarışlarda qızlar arasında Sumqayıt, Gəncə və Göygöl, oğlanların mübarizəsində isə Cəlilabad, Gəncə və Bakı könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.

Xəbər 407 dəfə oxundu.