Tokio Yay Paralimpiya Oyunlarında iştirak edəcək milli komandamızın rəhbəri ilə görüş olub
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək milli komandamızın rəhbəri (şef de-mission) və onun müavinləri ilə görüş keçirilib.

Görüşdə iştirak edən komitənin prezidenti İlqar Rəhimov missiya rəhbəri və müavinlərə müvafiq tapşırıqlar verib və onlara uğurlar arzulayıb.

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının missiya heyəti gənclərdən formalaşdırılıb. Şef-de mission Rauf Mürsəlov, onu müavinləri isə Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli təyin edilib.

Qeyd edək ki, şef-de mission Rauf Mürsəlov və müavini Azər Tapdıqov avqustun 14-də Tokioya yola düşəcəklər.

Xəbər 347 dəfə oxundu.