Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Çexiya yığmasına uduzub
adın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan ylğmamız 0:3 hesabı ilə uduzub.

Beləliklə, seçməmiz turnirdə sonuncu olub.

Xəbər 341 dəfə oxundu.